F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 4-cü və 5-ci döngələr arasında, eləcə də 7-ci, 15-ci və 16-cı döngələrdə yeni hasar qurulub.
Bundan başqa, 1-ci, 4-cü və 7-ci döngələrin çıxış zonasında yeni süni ot örtüyü salınıb, 2-ci və 10-cu döngələrdə Tecpro baryerlərinin birinci sırası yeniləri ilə əvəz olunub. Bütün trasda asfalt üzərindəki işarələnmələr FİA-nın təsdiqlədiyi yeni boya ilə əvəz edilib.
İki müstəqil DRS zonası yüngül dəyişikliyə uğrayıb. Onlardan birincisinin maşınlar arasındakı intervalın ölçülməsi (deteksiya) nöqtəsi 5-ci döngəyə 250 metr qalmış, aktivləşmə (aktivasiya) nöqtəsi isə həmin döngədən 210 metr sonra yerləşir.
İkinci DRS zonasının deteksiya nöqtəsi 7-cü döngədən 50 metr sonra, aktivasiya nöqtəsi isə daha 115 metr (7-ci döngədən 165 metr) sonra yerləşir.