Əbu Dabi-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq mövsümün son mərhələsi - Əbu Dabi Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, bukmeykerlər Maks Ferstappeni mövsümün son yarışının favoriti hesab edirlər.

Maraqlıdır ki, bu dəfə cədvəllərdə Maksın əsas rəqibləri Ferrari sürücüləri deyil, Mercedes sürücüləridir və Lyuis Həmiltonun şansı Braziliyada keçirilən əvvəlki yarışın qalibi Corc Rassellin şansından daha yüksəkdir. Əvəzində Ferrari sürücüləri vitse-çempionluğa namizəd Serxio Peresi üstələyiblər.

Əbu Dabi Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.27
Lyuis Həmilton 3.75
Corc Rassell 4.00
Şarl Lekler 11.00
Karlos Sayns 13.00
Serxio Peres 15.00
Fernando Alonso, Lando Norris 251.00
Daniel Rikkardo, Esteban Okon 501.00

 

Çempionatda mübarizə başa çatdığı üçün bukmeykerlər vitse-çempionluğa mərcləri qəbul edirlər və Serxio Peresin şansını Şarl Leklerin şansından daha yüksək qiymətləndiriblər – əmsallar müvafiq olaraq 1.67 və 2.10-dur.

2023-cü ildə çempionluğa mərcdə əsas favorit Maks Ferstappendir.

2023-cü ildə sürücülər çempionatında qələbə Əmsal
Maks Ferstappen 1.61
Lyuis Həmilton 5.00
Şarl Lekler 5.50
Corc Rassell 13.00
Karlos Sayns 19.00
Serxio Peres 26.00
Lando Norris 81.00
Fernando Alonso 151.00
Esteban Okon 201.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*