Əbu Dabi-2022: Birinci sərbəst yürüşlər

İlk məşqlərdə eyni zamanda 8 komanda ehtiyat sürücülərin köməyindən istifadə edib. Mövsümün gedişində komandalardan ən azı 2 dəfə gənc sürücülərlə işləmək tələb olunur.

F-1.az bildirir ki, komandalar adətən bunu mövsümün son yarışlarına salırlar. Bu sessiyada baş tutacaq əvəzetmələr barədə xəbər vermişdik.

Abu Dabidəki ilk sərbəst yürüşlər isti havada keçirildiyi üçün o qədər də əhəmiyyətli olmur. Bir çox komanda növbəti mövsüm üçün müxtəlif elementləri qiymətləndirmək üçün bu sessiyadan istifadə edir – pilotların çoxunun maşınına aerodinamik sensor qoşulub.

O’Vardın bolidi ilk dövrəsində problemlər yaşayıb – o, ötürmələ qutusunun nasazlığı səbəbindən yavaş-yavaş pitə qayıdıb, lakin iyirmi dəqiqədən sonra yenidən trasa çıxıb.

Duen mühərriyin işləmə rejimlərini qarışdırıb və motor həddindən artıq qızıb. Buna görə də bir qədər fasilə verməli olub. Sarcent birinci döngədə yerində fırlanıb, Loqan isə maneə ilə təmasdan sonra boksa gəlib.

Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:26.633.

Məşqlər bu gün davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes 1:26.633 21
2 63 Corc Rassell Mercedes 1:26.853 + 0:00.220 30
3 16 Şarl Lekler Ferrari 1:26.888 + 0:00.255 22
4 11 Serxio Peres Red Bull 1:26.967 + 0:00.334 23
5 36 Liam Louson Red Bull 1:27.201 + 0:00.568 22
6 5 Sebastyan Fettel Aston Martin 1:27.268 + 0:00.635 20
7 39 Robert Şvartsman Ferrari 1:27.429 + 0:00.796 24
8 3 Daniel Rikkardo McLaren 1:27.619 + 0:00.986 21
9 77 Valtteri Bottas Alfa Romeo 1:27.655 + 0:01.022 23
10 23 Aleksander Elbon Williams 1:27.840 + 0:01.207 26
11 10 Pyer Qasli AlphaTauri 1:27.845 + 0:01.212 28
12 31 Esteban Okon Alpine 1:27.891 + 0:01.258 27
13 22 Yuki Tsunoda AlphaTauri 1:27.991 + 0:01.358 28
14 88 Robert Kubitsa Alfa Romeo 1:28.064 + 0:01.431 22
15 45 Loqar Sarcent Williams 1:28.098 + 0:01.465 23
16 20 Kevin Maqnussen Haas 1:28.142 + 0:01.509 20
17 51 Pyetro Fittipaldi Haas 1:28.204 + 0:01.571 26
18 28 Pato O’Vard McLaren 1:28.350 + 0:01.717 22
19 82 Cek Duen Alpine 1:28.484 + 0:01.851 25
20 34 Felipe Druqoviç Aston Martin 1:28.672 + 0:02.039 23
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*