F-1.az bildirir ki, sessiya 2021-ci ilin təkər testləri ilə başlayıb. Sürücülərə C4 tərkibləri paylanıb. Onlara ən azı 8 dövrə vurmaq və məlumatları Pirelli-yə ötürmək tapşırılıb. Daha sonra komandalar ənənəvi proqramlarına keçiblər.
Sürücülər kiçik səhvlər etsə də, geniş qaçış zolaqları ciddi qəzaların qarşısını alıb. İlk məşqlərdə olduğu kimi, bu dəfə də yoldan tam çıxma hallarına görə ləğv edilən nəticələr olub.
Sessiya 73-cü dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Rəykkönenin avtomobili alovlanıb. Sürücü özü də yanğınsöndürənlərə kömək edib. Maşın təxliyə edildikdən sonra məşqlər davam edib.
Rassellin maşınında da MGU-K problemi olub. Həmiltonun motoru pit yolunda sönsə də, yenidən işə düşüb.
Protokollara Valtteri Bottas başçılıq edib – 1:36.276. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:36.276 | – | 27 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:36.479 | + 0:00.203 | 30 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:37.046 | + 0:00.770 | 30 |
4 | 23 | Aleksander Elbon | Red Bull | 1:37.263 | + 0:00.987 | 32 |
5 | 4 | Lando Norris | McLaren | 1:37.438 | + 0:01.162 | 28 |
6 | 31 | Esteban Okon | Renault | 1:37.505 | + 0:01.229 | 29 |
7 | 11 | Serxio Peres | Racing Point | 1:37.506 | + 0:01.230 | 35 |
8 | 16 | Şarl Lekler | Ferrari | 1:37.508 | + 0:01.232 | 31 |
9 | 3 | Daniel Rikkardo | Renault | 1:37.508 | + 0:01.232 | 28 |
10 | 18 | Ləns Stroll | Racing Point | 1:37.560 | + 0:01.284 | 28 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:37.596 | + 0:01.320 | 31 |
12 | 55 | Karlos Sayns | McLaren | 1:37.616 | + 0:01.340 | 30 |
13 | 10 | Pyer Qasli | AlphaTauri | 1:37.900 | + 0:01.624 | 32 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:38.068 | + 0:01.792 | 28 |
15 | 5 | Sebastyan Fettel | Ferrari | 1:38.198 | + 0:01.922 | 31 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:38.504 | + 0:02.228 | 33 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:38.564 | + 0:02.288 | 30 |
18 | 63 | Corc Rassell | Williams | 1:38.817 | + 0:02.541 | 24 |
19 | 51 | Pyetro Fittipaldi | Haas | 1:39.027 | + 0:02.751 | 25 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:39.132 | + 0:02.856 | 30 |