F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, həftəsonunu əhatə edəcək hər 3 gündə temperatur +25 dərəcədən yuxarı qalxmayacaq. İkinci sərbəst yürüşlər, sıralanma turu yerli vaxtla 17:00-da, yarış isə 17:10-da başlayacaq. Günəş isə 17:34-də batacaq. Bu sessiyaların sonunda temperatur +20 dərəcəyə qədər enəcək.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutub.