F-1.az bildirir ki, koronavirus testi müsbət çıxdığı üçün keçən yarışı buraxmalı olan Lyuis Həmilton geri qayıdıb, Corc Rassell isə doğma komandası Williams-a dönüb. Keçən yarış Corcu əvəzləyən Cek Eytken bu dəfə mübarizəni kənardan izləməli olacaq.
İki komanda ehtiyat sürücülərdən istifadə edib – Robert Kubitsa ilk məşqdə Antonio Covinatsini əvəz edib, Haas-da isə Kevin Maqnussenin maşınının sükanı arxasına isə Mik Şumaxer keçib.
Bir çoxları gələn il üçün nəzərdə tutulmuş yenilikləri sınaqdan keçirib. Rikkardo yanacaq təzyiqi sistemində problem olduğu üçün boksa qayıdıb və məşqlər onun üçün erkən başa çatıb. Danielin motorunun onsuz da dəyişdirilməsi planlaşdırılırdı.
Həmilton da əyləclər həddindən artıq qızdığı üçün maşını mexaniklərə təhvil verib və xeyli vaxt itirib.
Protokollara Maks Ferstappen başçılıq edib – 1:37.378. Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:37.378 | – | 26 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:37.412 | + 0:00.034 | 31 |
3 | 31 | Esteban Okon | Renault | 1:38.515 | + 0:01.137 | 33 |
4 | 23 | Aleksander Elbon | Red Bull | 1:38.547 | + 0:01.169 | 25 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:38.744 | + 0:01.366 | 23 |
6 | 18 | Ləns Stroll | Racing Point | 1:38.831 | + 0:01.453 | 24 |
7 | 11 | Serxio Peres | Racing Point | 1:38.956 | + 0:01.578 | 24 |
8 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:39.150 | + 0:01.772 | 27 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:39.160 | + 0:01.782 | 30 |
10 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:39.199 | + 0:01.821 | 21 |
11 | 55 | Karlos Sayns | McLaren | 1:39.330 | + 0:01.952 | 26 |
12 | 16 | Şarl Lekler | Ferrari | 1:39.344 | + 0:01.966 | 25 |
13 | 4 | Lando Norris | McLaren | 1:39.352 | + 0:01.974 | 28 |
14 | 5 | Sebastyan Fettel | Ferrari | 1:39.670 | + 0:02.292 | 18 |
15 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:39.905 | + 0:02.527 | 19 |
16 | 63 | Corc Rassell | Williams | 1:40.446 | + 0:03.068 | 24 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:41.063 | + 0:03.685 | 26 |
18 | 50 | Mik Şumaxer | Haas | 1:41.235 | + 0:03.857 | 23 |
19 | 51 | Pyetro Fittipaldi | Haas | 1:44.069 | + 0:06.691 | 23 |
20 | 3 | Daniel Rikkardo | Renault | – | 3 |