F-1.az xatırladır ki, braziliyalı sürücü ölkəsində kartinq çempionu olduqdan sonra Amerikaya yollanmış və İndyCar-da uzun müddət çıxış etmişdir. Altı dəfə İndy500-də start alan Felipin ən yaxşı nəticəsi 2002-ci ildəki üçüncülük olub. 2006-cı ildən vətəninə qayıdan sürücü 3 dəfə milli çempionatda birincilik əldə edib, hazırda Braziliya Sürücülər Assosiasiyasına başçılıq edir.
Əbu Dabi Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda onunla bərabər FİA institutunun prezident müavini Qarri Konelli və idman kodeksinə nəzarət edən beynəlxalq komissiyanın üzvü Dennis Din çalışacaqlar…