F-1.az bildirir ki, sessiyanın 22-ci dəqiqəsində Şarl Lekler porebrik üzərində maşına nəzarəti itirərək qoruyucu baryerlərə çırpılıb, maşının arxa qanadı dağılıb. Amma sürücü boksa qayıda bilib və mexaniklər sessiyanın sonunda onu yenidən trasa qaytarıblar.
Rəykkönen boksa getdiyi zaman fikrini dəyişib və trasda qalmaq qərarına gəlib – ağ xətti tapdaladığı üçün stüardlardan ona xəbərdarlıq gələcək.
Sirotkin, Həmilton, Rəykkönen 20-ci döngədə trasdan çıxıblar. Sessiyanın sonuna 5 dəqiqə qalmış Rikkardonun maşınında problem yaşanıb – soyutma sistemində təzyiq aşağı düşüb.
Qasli və Qrojan 17-ci döngədə təmas yaşayıblar – stüardlar məsələni heç araşdırmayıblar.
Mövsümün son məşqinin protokollarına isə Lyuis Həmilton başçılıq edib – 1:37.176. İki saatdan sonra mövsümün sonuncu sıralanma turu başlayacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:37.176 | – | 16 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:37.464 | + 0:00.288 | 18 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:37.587 | + 0:00.411 | 15 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:37.747 | + 0:00.571 | 14 |
5 | 77 | Valtteri Bottas | Mercedes | 1:37.933 | + 0:00.757 | 15 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:38.090 | + 0:00.914 | 11 |
7 | 8 | Roman Qrojan | Haas | 1:38.304 | + 0:01.128 | 13 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:38.850 | + 0:01.674 | 15 |
9 | 55 | Karlos Sayns | Renault | 1:38.970 | + 0:01.794 | 15 |
10 | 31 | Esteban Okon | Racing Point | 1:39.011 | + 0:01.835 | 7 |
11 | 11 | Serxio Peres | Racing Point | 1:39.053 | + 0:01.877 | 14 |
12 | 28 | Brendon Hartli | Toro Rosso | 1:39.074 | + 0:01.898 | 17 |
13 | 16 | Şarl Lekler | Sauber | 1:39.282 | + 0:02.106 | 10 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:39.612 | + 0:02.436 | 12 |
15 | 10 | Pyer Qasli | Toro Rosso | 1:39.740 | + 0:02.564 | 12 |
16 | 14 | Fernando Alonso | McLaren | 1:39.974 | + 0:02.798 | 13 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:39.997 | + 0:02.821 | 19 |
18 | 18 | Ləns Stroll | Williams | 1:40.117 | + 0:02.941 | 18 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:40.233 | + 0:03.057 | 14 |
20 | 35 | Sergey Sirotkin | Williams | 1:41.182 | + 0:04.006 | 21 |