F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 12-ci və 13-cü döngələr arasında hərəkət istiqamətində sağ tərəfdə yerləşən narıncı porebriklər təxminən 16 metr uzadılıb. 21-ci döngənin çıxışında yerləşən əks maili porebrikin arxasında hündürlüyü 50 sm olan sosiska tipli porebrik yerləşdirilib.
DRS zonalarına gəlincə, FİA keçənilki darxıdırıcı yarışdan sonra ötmələri artırmaq məqsədilə bu il ötmə zonlarının uzunluğunu bir qədər artırıb.
Birinci zonanın deteksiya nöqtəsi 7-ci döngəyə 40 metr qalmış, aktivasiya nöqtəsi isə həmin döngədən 270 metr sonra (keçən illə müqayisədə 120 metr irəlidə) yerləşir. İkinci zonanın deteksiya nöqtəsi 9-cu döngədən 50 metr sonra, aktivasiya nöqtəsi isə 115 metr sonra (keçən illə müqayisədə 25 metr irəlidə) yerləşir.