Əbu Dabi-2018: Sıralanma turu

Əbu Dabidə sıralanma turu ən vacib sessiyalardan biridir. Burada baş tutan 9 yarışdan dördündə pouldan başlayan sürücü qalib gəlib, bunlardan da üçü son 3 ilə təsadüf edir. Lakin artıq çempion və Mühəndislər Kubokunun sahibi bəlli olduğundan, bu həftəsonu əsas mübarizə orta yerlər uğrunda və Rəykkönenlə Bottas arasında üçüncü yer uğrunda olacaq.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Ferstappen, ikinci məşqlərdə isə Bottas hamıdan sürətli olub. Bu gün gündüz isə Həmilton protokollara başçılıq edib.

Pirelli Yas Marinaya ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkibləri gətirib.

İlk sessyada bütün sürücülər HyperSoft təkərlərlə trasa çıxıblar. Sürücülər ardıcıl dövrələr vuraraq təkərləri qızdırıblar. Fettel 1:36.775-lik nəticə ilə protokollara başçılıq edib. İkinci və üçüncü yerləri Bottasla Həmilton tutublar. Sessiyanın sonunda Qasli motor güc itirdiyi üçün dayanmalı olub. Onunla yanaşı, Stroll, Sirotkin, Vandorn və Hartli mübarizəni dayandırıblar.

İkinci sessiyada top komandalarla yanaşı, Racing Point komandasının sürücüləri UltraSoft təkərlərlə, digərləri isə HyperSoft-larla trasa çıxıblar. Həmilton bu təkərlərlə trasın yeni rekordunu müəyyən edib – 1:35.693. İkinci cəhdində Fetteldən başqa hamı ən yumşaq təkərlərə keçib. Bir çox sürücü nəticəsini yaxşılaşdırsa da, Həmilton liderliyi əldən verməyib. Alonso, Peres, Maqnussen, Eriksson və Sayns son sessiyaya keçə bilməyiblər.

Üçüncü sessiyada hamı boksları HyperSoft-larla tərk edib.  Həmilton ilk cəhddə rekordunu yaxşılaşdırıb -1:35.295. Fettel ona 0.057 saniyə uduzub. Lyuis ikinci cəhddə nəticəsini xeyli yaxşılaşdırıb – 1:34.794. Bottas onun trasın yeni rekordu olan nəticəsinə cəmi 0.160 saniyə uduzub. Fettel üçüncü, Rəykkönen isə dördüncü olub. Növbəti iki yeri Red Bull sürücüləri tutublar.

Lyuis Həmilton mövsümdə 11-ci, karyerasında isə 83-cü poulunu əldə edib. Mercedes sürücüləri mövsümdə yeddinci dəfə ilk cərgəni zəbt ediblər.

Nəticələr yaxındır və bizi sabah süni işıqlar altında maraqlı yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes 3 1:36.828 6 1 1:35.693 6 1:34.794 7
2 77 Valtteri Bottas Mercedes 2 1:36.789 6 4 1:36.392 6 1:34.956 7
3 5 Sebastyan Fettel Ferrari 1 1:36.775 5 3 1:36.345 6 1:35.125 7
4 7 Kimi Rəykkönen Ferrari 5 1:37.010 5 8 1:36.735 7 1:35.365 6
5 3 Daniel Rikkardo Red Bull 6 1:37.117 3 10 1:36.964 7 1:35.401 6
6 33 Maks Ferstappen Red Bull 8 1:37.195 3 2 1:36.144 6 1:35.589 5
7 8 Roman Qrojan Haas 11 1:37.575 3 7 1:36.732 6 1:36.192 6
8 16 Şarl Lekler Sauber 7 1:37.124 8 5 1:36.580 6 1:36.237 6
9 31 Esteban Okon Racing Point 4 1:36.936 6 9 1:36.814 6 1:36.540 6
10 27 Niko Hülkenberq Renault 10 1:37.569 3 6 1:36.630 6 1:36.542 6
11 55 Karlos Sayns Renault 13 1:37.757 3 11 1:36.982 6
12 9 Markus Eriksson Sauber 12 1:37.619 8 12 1:37.132 6
13 20 Kevin Maqnussen Haas 15 1:37.934 6 13 1:37.309 6
14 11 Serxio Peres Racing Point 9 1:37.255 6 14 1:37.541 6
15 14 Fernando Alonso McLaren 14 1:37.890 9 15 1:37.743 6
16 28 Brendon Hartli Toro Rosso 16 1:37.994 9
17 10 Pyer Qasli Toro Rosso 17 1:38.166 9
18 2 Stoffel Vandron McLaren 18 1:38.577 9
19 35 Sergey Sirotkin Williams 19 1:38.635 6
20 18 Ləns Stroll Williams 20 1:38.682 6
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*