F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günündən bazar gününədək havanın temperaturu +27 dərəcədən +29 dərəcəyədək yüksələcək. Aydın səma altında, demək olar ki, külək əsməyəcək. İkinci məşqlər, sıralanma turu və yarış artıq günəş batdıqdan sonra başa çatdığı üçün bu sessiyaların sonunda havanın temperaturu bir qədər aşağı olacaq.
Xatırladaq ki, keçən il Əbu Dabi Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu.