F-1.az bildirir ki, komandalar bir neçə saat əvvəl gələn il üçün hazırlanan aerodinamik hissələri test etmişdilər, bu dəfə isə düzgün sazlanmaları tapmağa və təkərlərin səmərəliliyini yoxlamağa kökləniblər.
Bu dəfə Həmiltonun maşınının burun hissəsində yenidən 44 rəqəminin yazıldığı nəzərə çarpıb. Qrojan və Həmilton yerlərində fırlanıblar. Porebriklərin üzərinə çıxan Ferstappen boksa gələrək maşını mexaniklərə təslim edib, lakin bir qədər sonra yenidən trasa qayıdıb.
Racing Point komandası Peresi boskdan çıxarmağa tələsib və meksikalı sürücü pit-leynlə gedən Ferstappenlə toqquşmadan son anda qurtulub.
Protokollara bu dəfə Valtteri Bottas başçılıq edib – 1:37.236. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes | 1:37.236 | – | 36 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:37.280 | + 0:00.044 | 31 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:37.428 | + 0:00.192 | 30 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | 1:37.443 | + 0:00.207 | 34 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:37.461 | + 0:00.225 | 40 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:37.569 | + 0:00.333 | 39 |
7 | 8 | Roman Qrojan | Haas | 1:38.060 | + 0:00.824 | 29 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:38.230 | + 0:00.994 | 35 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:38.318 | + 0:01.082 | 29 |
10 | 31 | Esteban Okon | Racing Point | 1:38.402 | + 0:01.166 | 32 |
11 | 10 | Pyer Qasli | Toro Rosso | 1:38.506 | + 0:01.270 | 32 |
12 | 55 | Karlos Sayns | Renault | 1:38.511 | + 0:01.275 | 37 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:38.725 | + 0:01.489 | 35 |
14 | 11 | Serxio Peres | Racing Point | 1:38.806 | + 0:01.570 | 31 |
15 | 16 | Şarl Lekler | Sauber | 1:38.831 | + 0:01.595 | 32 |
16 | 28 | Brendon Hartli | Toro Rosso | 1:38.957 | + 0:01.721 | 35 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:39.502 | + 0:02.266 | 35 |
18 | 2 | Stoffel Vandorn | McLaren | 1:39.938 | + 0:02.702 | 17 |
19 | 18 | Ləns Stroll | Williams | 1:40.046 | + 0:02.810 | 33 |
20 | 35 | Sergey Sirotkin | Williams | 1:40.935 | + 0:03.699 | 38 |