F-1.az avtodromun saytına istinadən xəbər verir ki, hava cümə günündən bazar gününə qədər +29 dərəcəyə qədər qızacaq. Göy üzü buludsuz olacaq və mülayim külək əsəcək. İkinci sərbəst yürüşlər, sıralanma turu və yarış gün batdıqdan sonra başa çatacağı üçün bu sessiyaların sonuna doğru temperatur düşəcək.
Xatırladaq ki, keçən il bütün sessiyalar quru trasda baş tutmuşdu.