F-1.az avtodromun saytına istinadən xəbər verir ki, ikinci məşqlər, sıralanma turu və yarış yerli vaxtla 17:00-da başlayacaq, günəş isə 17:34-də batacaq. Sessiyanın sonuna havanın hərarəti +25 dərəcəyə qədər enəcək. Küləyin istiqaməti həftəsonu ərzində bir neçə dəfə dəyişəcək, lakin mülayim olacaq və komandaların işində çətinlik yaratmamalıdır.
Xatırladaq ki, keçən il bütün sessiyalar quru trasda baş tutmuşdu.