F-1.az xəbər verir ki, iki komanda ilk sessiyada gənc sürücülərə yer verib – Haas komandasında Maqnusseni Covinatsi əvəzləyib, Force İndia-da isə Peresin maşını Corc Rasselə həvalə edilib.
Covinatsi, Eriksson və Bottas gələn ildən bütün maşınlara yerləşdiriləcək Halo sistemi ilə trasa çıxıblar. Sürücülər elə ilk sessiyadan UltraSoft təkərlərlə fəal işləyiblər, lakin bu dəfə elə ilk məşqlərdən trasın rekordunu qırmaq mümkün olmayıb. Sessiya sakit keçib, Rikkardo, Covinatsi, Hülkenberq, Rassel, Stroll və Hartli trasdan çıxsalar da, heç bir halda ciddi hadisə baş verməyib. Qrojanın maşını bariyerə toxunub, sürücü boksa qayıda bilib.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:39.006. Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:39.006 | – | 22 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:39.126 | + 0:00.120 | 24 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:39.154 | + 0:00.148 | 15 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:39.518 | + 0:00.512 | 21 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:39.741 | + 0:00.735 | 29 |
6 | 11 | Serxio Peres | Force İndia | 1:40.293 | + 0:01.287 | 23 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:40.522 | + 0:01.516 | 19 |
8 | 2 | Stoffel Vandorn | McLaren | 1:40.569 | + 0:01.563 | 14 |
9 | 19 | Felipe Massa | Williams | 1:40.723 | + 0:01.717 | 26 |
10 | 3 | Daniel Rikkardo | Red Bull | 1:40.773 | + 0:01.767 | 28 |
11 | 35 | Corc Rassel | Force İndia | 1:41.131 | + 0:02.125 | 26 |
12 | 8 | Roman Qrojan | Haas | 1:41.306 | + 0:02.300 | 23 |
13 | 18 | Ləns Stroll | Williams | 1:41.581 | + 0:02.575 | 26 |
14 | 10 | Pyer Qasli | Toro Rosso | 1:41.646 | + 0:02.640 | 28 |
15 | 55 | Karlos Sayns | Renault | 1:41.748 | + 0:02.742 | 23 |
16 | 94 | Paskal Verlyayn | Sauber | 1:41.752 | + 0:02.746 | 25 |
17 | 27 | Niko Hülkenberq | Renault | 1:41.864 | + 0:02.858 | 26 |
18 | 50 | Antonio Covinatsi | Haas | 1:42.065 | + 0:03.059 | 20 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:42.344 | + 0:03.338 | 27 |
20 | 28 | Brendon Hartli | Toro Rosso | 1:42.585 | + 0:03.579 | 35 |