F-1.az xatırladır ki, 2013-cü ili WEC seriyasında çempion kimi başa vuran sabiq danimarkalı sürücü 24 saatlıq Le Man marafonunda rekord sayda – 9 dəfə qalib gəlib. Bu qələbələrdən yeddisi isə ardıcıl olub. “Mister Le Man” ləqəbli sürücü 1999-cu və 2003-cü illər istisna olmaqla, karyerası boyu Audi komandasında yarışıb.
Əbu Dabi Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Kristensen FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyara və Barbados Avtomobil Federasiyasının Prezidenti Andre Mallalyöyə kömək edəcək.
Qeyd edək ki, Kristensen bu mövsüm ilk dəfə deyil ki, üçüncü stüard seçilir – İtaliya Qran Prisində də stüardlara məhz o kömək etmişdi.