F-1.az xəbər verir ki, sürücülər bu dəfə əsasən bir neçə dövrə vurmaqla qısa məsafələr qət edərək boksa qayıdıblar. Sessiya boyu uzun yürüşlər edilməyib və sazlanmalar üzərində işləməkdən söhbət də getməyib.
Cümə günü keçirilən məşqlərdə problemlər ucbatından demək olar ki, işləyə bilməyən Kvyat, Qrojan və Batton bu dəfə analoji hadisələrlə qarşılaşmayıblar. Mexaniklər Hülkenberqin maşınında yanacaq sızması aşkar ediblər, problem aradan qaldırılıb və Niko sessiyannın yarım saatı geridə qaldıqdan sonra trasa çıxıb.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1.40.775. Mercedes sürücüləri dördüncü və beşinci olublar. Onlar sessiyanın gedişində sürətli dövrəyə cəhd etməyiblər. Bizi gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:40.775 | – | 16 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:40.912 | + 0:00.137 | 20 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:40.999 | + 0:00.224 | 14 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:41.065 | + 0:00.290 | 14 |
5 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:41.168 | + 0:00.393 | 18 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:41.831 | + 0:01.056 | 19 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:41.885 | + 0:01.110 | 18 |
8 | 27 | Niko Hülkenberq | Force İndia | 1:42.067 | + 0:01.292 | 12 |
9 | 77 | Valtteri Bottas | Williams | 1:42.076 | + 0:01.301 | 18 |
10 | 21 | Esteban Qutyerres | Haas | 1:42.354 | + 0:01.579 | 15 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:42.585 | + 0:01.810 | 13 |
12 | 30 | Colion Palmer | Renault | 1:42.616 | + 0:01.841 | 17 |
13 | 22 | Censon Batton | McLaren | 1:42.664 | + 0:01.889 | 14 |
14 | 19 | Felipe Massa | Williams | 1:42.683 | + 0:01.908 | 19 |
15 | 8 | Roman Qrojan | Haas | 1:42.805 | + 0:02.030 | 17 |
16 | 22 | Kevin Maqnussen | Renault | 1:43.057 | + 0:02.282 | 17 |
17 | 94 | Paskal Verlyayn | Manor | 1:43.145 | + 0:02.370 | 16 |
18 | 55 | Karlos Sayns | Toro Rosso | 1:43.301 | + 0:02.526 | 9 |
19 | 12 | Felipe Nasr | Sauber | 1:43.417 | + 0:02.642 | 21 |
20 | 31 | Esteban Okon | Manor | 1:43.733 | + 0:02.958 | 14 |
21 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:44.105 | + 0:03.330 | 12 |
22 | 9 | Markus Eriksson | Sauber | 1:44.238 | + 0:03.463 | 20 |