F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasın konfiqurasiyası əvvəlki kimi qalıb, dəyişikliklər yalnız təhlükəsizlik zonalarında olub. Sola doğru olan 21-ci döngənin qarşısında xüsusi Tecpro baryerlər quraşdırılıb. Birinci döngəyə porebiklər əlavə edilib və bütün məhdudlaşdırıcı sütunlar dəyişdirilib (18 ədəd).
Sürücülər iki DRS zonasından istifadə edə biləcəklər. Əgər sürücülərin arasındakı vaxt fərqi yeddinci döngədən 49 metr əvvəl yerləşən birinci ölçmə nöqtəsində bir saniyədən az olarsa, geridəki sürücü arxa qanadın hərəkətli elementinin vəziyyətini uzun düzlüyə çxıdıqdan 390 metr sonra dəyişə biləcək. İkinci zonanın ölçmə nöqtəsi doqquzuncu döngədən 50 metr sonra yerləşir və sürücülər onuncu döngənin apeksində sistemi aktivləşdirə biləcəklər.