Cümə axşamı mətbuat konfrasnı iki hissədən ibarət olacaq. Konfransın birinci hissəsində Censon Batton (McLaren), Felipe Massa (Williams), Felipe Nasr (Sauber), Kimi Rəykkönen (Ferrari) və Maks Ferstappen (Red Bull), ikinci hissəsində isə Mercedes AMG-nin sürücüləri – çempionluq uğrunda mübarizə aparan Niko Rosberq və Lyuis Həmilton jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Stiven Fitspatrik (Manor), Monişa Kaltenborn (Sauber), Otmar Safnauer (Force İndia), Kler Uilyams (Williams) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…