F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günündən bazar gününə qədər səma buludsuz olacaq və mülayim külək əsəcək. Havanın temperaturu +28 dərəcəyə qədər yüksələcək. İkinci sərbəst yürüşlər, sıralanma turu və yarış gün batdıqdan sonra başa çatacaq – bu sessiyaların sonuna doğru temperatur bir qədər düşəcək.
Qeyd edək ki, keçən il Yas Marinada bütün sessiyalar quru havada baş tutmuşdu…