Ə.Şovlin: Red Bull güclü qayıdacaq

Mercedes komandasının baş yarış mühəndisi Əndryu Şovlin düşünür ki, Red Bull Macarıstana daha güclü olaraq qayıdacaq.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Britaniyadan sadəcə 3 xalla ayrıla bilib. Bu 3 xalı isə Maks Ferstappen sprint yarışında əldə edib. Mercedes komandası isə Silverstounda 43 xal qazanaraq, çempionatdakı iddiasını yenidən ortaya qoyub.

Əndryu Şovlin: “Silverstoun ən güclü olduğumuz traslardan biri idi. Buna görə də bu performansı Macarıstanda təkrarlamağı gözləmirik. Red Bull aerodinamikaya tələbkar trasda güclü olacaq. Onlar hazırda hər yerdə güclüdürlər. Sadəcə Britaniyada yara aldılar. Buna görə də çox güclü qayıdacaqlar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*