Ə.Şovlin: Bəhreyndə şərtlər fərqli olacaq

Mercedes-in Silverstoundakı çəkiliş günləri soyuq havada baş tutub, lakin Bəhreyndə hava şəraiti tam fərqli olacaq.

F-1.az xəbər verir ki, komandanın yarış direktoru maşından razı qaldığını bildirib və Bəhreyndə də hər şeyin yaxşı olacağına ümid edir.

Əndryu Şovlin: “W14 ilə yaxşı başlanğıc etdik. Çəkiliş və yürüş üçün hava ideal deyildi, lakin icazə verilən 100 km-i problemsiz qət etdik və hər iki sürücüdə maşın haqqında ilk təəssüratlar yarandı.

Bəhreyndəki şərtlər soyuq və nəm Silverstoundan çox fərqli olacaq, amma görünür ki, yaxşı gedirik. Ümid edirik ki, gələn həftə üç günlük sınaqdan maksimum yararlanacağıq”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*