Ə.Sami McLaren-dən ayrılır

Uzun illərdir ki, McLaren-də marketinq meneceri vəzifəsində işləyən Əkrəm Sami komandadan ayrılmağa hazırlaşır.

F-1.az bildirir ki, Əkrəm Sami martın sonuna qədər vəzifəsini icra edəcək. Xatırladaq ki, Əkrəm McLaren-də 30 ildən çox işləmiş və komandanın sponsorluq və kommersiya ilə bağlı müqavilələrində vacib rol oynamışdı. Sami dekabrda istefa versə də, müqaviləsini tamamlayacaq.

Əkrəm Sami: “Demək olar ki, bütün karyeramı həsr etdiyim McLaren-dən ayrılmaq qəribə bir hissdir. Amma bunun üçün doğru zamandır. Amma əlaqəli olduğum layihələr üzərində işləyəcəm və rəsmi ayrılıq martın sonunda olacaq. Geridə qalan 35 il ərzində mükəmməl insanlarla tanış oldum və hamısına təşəkkür etmək istəyirəm. Komanda olaraq işləməyimiz bizə uğurlar qazandırdı.

Öz planlarım barədə onu deyə bilərəm ki, Formula1-in mükəmməl və qəribə dünyasında bu qədər işlədikdən sonra idman və əyləncə sektoruna kənardan baxmaq istəyirəm”.

McLaren Group-un rəhbəri Zek Braun da Samini tərifləyib: “Əkrəm bundan sonra iş həyatında nə edirsə-etsin, onu McLaren-in bir adamı kimi görəcəm. Onun iş əxlaqı yüksək səviyyəli idi. Onunla təkcə McLaren-də yox, eyni zamanda Just Marketing İnternational-da da bir yerdə işləmişəm və buna görə özümü bəxtəvər hiss edirəm. Əkrəmlə bir yerdə çox şey etdik. Ondan çox şey öyrənmişəm. Onun McLaren-ə olan bağlılığı heç vaxt itmədi. Onun kimi çalışqan bir adam tapmaq bizə çətin olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*