E.Rodriqes: “Senna yaşasaydı, komanda rəhbəri olmazdı”

Ayrton Sennanın bioqrafiyasının müəllifi Ernesto Rodriqes bildirib ki, əgər Senna yaşasaydı, hələ də Formula1-in içində olardı, amma komanda sahibi olmazdı...

F-1.az xatırladır ki, Ayrton Senna 1994-cü ilin San Marino QP-də qəza edərək dünyasını dəyişib.

Ayrton Sennanın dünən 56-cı doğum günü idi. Braziliyalı sürücü dünyasını dəyişsə də, onun ad günü fanları tərəfindən qeyd edilir. Bəs Senna ölməsəydi bu gün nə edərdi?

Bu suala “Ayrton: The Hero Revealed” kitabının müəllifi və “Ayrton: Pictures and Memories” adlı sənədli filminin rejissoru Ernesto Rodriqes cavab verib.

Rodriqes bildirib ki, Senna əzəli rəqibi Alen Prost kimi Formula1-də idarəçi olmaq istəməzdi: “Mən düşünmürəm ki, Ayrton Formula1-də komanda rəhbəri olmaq istəyərdi.

Niki Lauda və digər sabiq F1 sürücülərindən fərqli olaraq Ayrton idmandan gedəcəkdi və fanları onun üçün darıxacaqdı.

Senna Formula1-dən getsəydi, pul qazanardı. Bu işdə çox güclü idi. Hər hansı komandanın üzvü olmazdı, amma avtoidmanın içində olardı. Bəlkə də hər hansı bir sponsorluq müqaviləsində olardı, amma inanmıram ki, idmanın başında olardı”.

Qeyd edək ki, Rodriqes yazdığı kitaba və çəkdiyi filmə görə 240-dan mox jurnalistə müsahibə verib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*