F-1.az xəbər verir ki, meksikalı pilot 2013-cü və 2014-cü illərdə Sauber-də çıxış etmiş, 38 yarışda cəmi bir dəfə, Yaponiya Qran Prisində xal qazana bilmişdi.
Güclü sponsorları olan meksikalı pilot bu mövsüm Haas-da Roman Qrojanın komanda yoldaşı olacaq.
Esteban Qutyerres: “Əlimdən gəldiyi qədər yaxşı hazırlaşmışam. Birillik fasilədən sonra yenidən yarışlara qayıtmağımda heç bir problem olmayacağına əminəm. Haas-ın layihəsinə güvənirəm. Bu yaxşı fürsətdir və bundan istifadə etməliyəm. Bu il olmasa da, gələn il qələbələr qazanmaq istəyirəm”.