E.Qutyerres: “Maşınımı qaldırıcı kran sındırdı”

Haas komandasının sürücüsü Esteban Qutyerres bildirib ki, maşın qəza zamanı çox zədələnməyib, amma qaldırıcı kran şassini tam sıradan çıxarıb...

F-1.az xatırladır ki, McLaren komandasının sürücüsü Fernando Alonso Avstraliyada Qutyerresə arxadan çırpılmış və hər iki bolid ciddi zədələnmişdi.

Haas komandası şassini yarışdan sonra zavoda göndərib və amerikalılar Bəhreyndə yeni şassi ilə yaraşacaqlar.

Esteban Qutyerres: “Arxa tərəfdə çat var idi, amma düşünürəm ki, şassini kran sındırıb.

Mən orada bolidə diqqətlə baxdım və boliddə çat var idi, qırılmamışdı. Amma kran onu qaldırarkən altlığı yarı bölündü”.

Günter Ştayner: “Qəzadakı zərər elə də böyük olmadı. Güc qurğusu tam salamat idi, bəzi detalları qırılmışdı, amma vəziyyət o qədər də pis deyildi. Hər şeyi düzəltdik və həftəsonuna tam hazır olacayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*