E.Qutyerres: “Macarıstanda xoş xatirələrim olub”

Esteban Qutyerres bildirib ki, Hunqarorinq onun karyerası üçün xüsusi trasdır və bu tras heç bir səhvi bağışlamır.

F-1.az xatırladır ki, meksikalı sürücü 2013 və 2014-cü illərdəki Macarıstan yarışlarında texniki problemlərlə üzləşmişdi. Amma buna baxmayaraq, o yenə də bu çətin trasdan həzz aldığını və özünə güvəndiyini bildirib.

Qutyerres bildirib ki, əgər yarşı ilk onluqda bitirmək istəyirsə, təkərlərlə yaxşı işləməlidir: “Macarıstanda tras isti olur və təkərlər çox tez qızır. Amma bolidimi tanıyıram və özümə güvənirəm. Belə olan halda, hər cür şəraitə uyğunlaşmaq olar. Təkərlər tez yeyildiyi üçün sıralanma turunda ilk dövrəni vurmaq və yeni təkərlərdən mümkün olduqca faydalanmaq önəmlidir. Bu trasda yaxşı dövrə zamanı vurmaq üçün ikinci şansınız olmur”.

Qutyerres əlavə edib ki, Macarıstanda xoş xatirələri var: “Hunqarorinq mənimçün xüsusi trasdır. Avropada ilk dəfə orada test etmişdim və hər dəfə bura gələndə o günlər yadıma düşür. Nəticələrim yaxşı idi. Hunqarorinq yavaş tras olsa da, sürətli döngələri var və quruluşu qəribədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*