F-1.az xatırladır ki, meksikalı sürücü 2010-cu ildə GP3 üzrə Dünya Çempionu titulunu qazanmış və 2012-ci ildə GP2-də üçüncü yeri tutmuşdu. Meksikalı sürücü Formula1 karyerası ərzində Sauber və Haas komandalarının tərkibində 59 yarışa çıxmış və sadəcə 1 yarışdan xalla ayrılmışdı.
Esteban Qutyerres: “Çox böyük mübarizədir, çünki ən çətin illərim Formula1-də keçdi. Bir neçə yarış və podium qazandım, amma dünyanın yaddaşı çox zəifdir. İnsanlar ancaq mənim Formula1-dəki performansımı xatırlayırlar.
Eyni şeyləri yenidən edə bilərəm. Heç kimdə günah axtarmıram və bütün məsuliyyəti öz üzərimə götürürəm. Karyeram belə alındı və bu vəziyyətdən dərs çıxarmaq lazımdır”.