E.Qutyerres: “Haas-ın əsas hədəfi mümkün qədər çox dövrə vurmaqdır”

Artıq mövsümöncəsi testlərə günlər qalır və komandalar son hazırlıq işlərini görürlər. Ən çox maraq doğuran mövzulardan biri də Formula1-in yeni komandası Haas-ın necə təsir bağışlayacağıdır...

F-1.az xatırladır ki, komandanın yeni şassisi Dallara tərəfindən hazırlanıb və Ferrari mühərrikləri ilə təchiz olunacaq. Komandanın hansı vəziyyətdə olması mövsümöncəsi ilk testlərdən etibarən görünəcək.

Esteban Qutyerres: “Barcelonada mümkün qədər çox dövrə vurmaq istəyirik. Problemləri vaxtında aşkar edib onları həll etməliyik. Bizim əsas hədəfimiz budur. İlk yarışa hazırlaşmaq və uyğun sazlanmaları tapmaq maraqlı olacaq. Görməli olduğumuz çox iş var. Ən əsası, daha yaxşı nəticələr əldə etmək üçün komanda şəklində işləməliyik”.

Xatırladaq ki, Esteban 2013-cü və 2014-cü illərdə Sauber-in tərkibində mübarizə aparmış, keçən mövsüm isə Ferrari-nin test pilotu olmuşdu. Qutyerres yarışmaq üçün də səbrsizləndiyini bildirir: “Bir il fasilədən sonra yenidən mübarizə aparacağım üçün çox həyəcanlıyam. Özümü enerjili hiss edirəm. İlk gündən bəri maşını ən yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gələni etdik. Mövsümə yaxşı yerdə başlamaq önəmlidir.

Ferrari ilə yaxşı hazırlaşmışam. Bu, mənim üçün böyük şans idi. Köhnə Formula1 maşınları ilə test yürüşləri etdim və Maranellodakı simulyatorda işlədim. Komandadan demək olar ki, hər şeyi öyrənməyə çalışdım…”

 

 

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*