E.Qualtyeri: Dözümlülük üzərində işlədik

Ferrari komandasının baş motoristi Enriko Qualtyeri bildirib ki, dəzgahda aparılan işlərdən sonra etibarsızlıq problemləri həll olunub.

F-1.az xatırladır ki, Ferrari və onun müştəri komandaları Alfa Romeo, Haas keçən il çoxlu etibarsızlıq problemləri yaşamışdılar.

Enriko Qualtyeri: “Yeni mövsüm hazırlıqları ən gərgin dövrlərdəndir. Bu qış da vəziyyət eyni idi. Əslində keçən ildən yağ və yanacaq daxil olmaqla güc qurğusunun bütün furnksiyaları dondurulub. Sadəcə etibarlılıqla bağlı işlərə icazə var.

Keçən il motorumuz dözümsünz idi. Buna görə də problemləri həll etmək və etibarlılıq səviyyəsini yaxşılaşdırmaq üçün çox işlədik. 2023-cü il üçün əsas hədəfimiz bu idi və bütün qış bunun üzərində çalışdıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*