E.Pirro: Ferrari sürücüləri ayırmamalıdır

Sabiq Formula1 sürücüsü Emanuel Pirro düşünür ki, Ferrari 1-ci və 2-ci sürücü seçimi etməməlidir.

F-1.az xatırladır ki, Frederik Vassyör komandaya gələndən sonra əksəriyyət düşünür ki, Lekler birinci, Sayns ikinci sürücü olacaq.

Emanuel Pirro: “Red Bull-da rollar bəllidir, çünki Maks Ferstappen komanda yoldaşı Peresdən daha güclüdür. Lakin Mercedes və ya Ferrari-dəki kimi eyni güclü sürücülərə sahib olduğunuz halda, komanda rəhbəri problem yaşayan pilotun arxasında durmalıdır. Bu valideynin daha zəif uşağına kömək etməsi kimidir. Bundan sonra güclü sürücü qalib gələr. Komanda yoldaşları arasındakı fərq məlum olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*