F-1.az xatırladır ki, Aston Martin “qırmızı öküzlər”in titul sponsorudur. Red Bull komandasının adında iki avtomobil istehsalçısının adı olmasın deyə Renault mühərrikləri TAG Heuer brendi altında istifadə edilir. Amma avstriyalılar gələn il Honda mühərriyinə keçəndən sonra komandanın adında və maşınında Hondanın adı və loqotipləri olacaq.
Əndi Palmer: “Komandanın adı Aston Martin Red Bull Racing-dir. Əlbəttə FİA bu ada mühərrik istehsalçısının adını əlavə edir. Düzünü desək, hamı hazırkı mühərriyin Renault olduğunu bilir. Bizim üçün Renault ilə Honda-nın nə fərqi var? Aston Martin-in hər iki şirkətlə tərəfdaşlığı yoxdur. Tamamilə fərqli maşınlar istehsal edirik. Amma Ferrari mühərriyi olsaydı, problem olardı. Lain Renault və ya Honda ilə elə problem yoxdur. Bu qərardan uzun müddətdir xəbərdarıq və Red Bull-u dəstəkləyirik. Bizim üçün əsas kriteriya qalib gəlməkdir. Komanda qələbələr qazanmaq üçün Renault-dan Honda-ya keçir”.