F-1.az xatırladır ki, fransalı sürücü mövsümə yaxşı başlasa da, Azərbaycan yarışından etibarən xal üzünə həsrətdir. Komandanın rəhbəri Marçin Budkovski 25 yaşlı pilotun problemlərini həll etmək üçün ona yeni şassi verəcəklərini deyib: “Esteban Avstriyada iki çətin yarış keçirdi. Hələ də bunun səbəbini araşdırırıq. Komanda şübhələri aradan qaldırmaq üçün ona yeni şassi verəcək və boliddə böyük dəyişikliklər olacaq”.
E.Okon yeni şassi ilə yarışacaq
Alpine komandasının sürücüsü Esteban Okon Britaniya yarışında yeni şassiyə keçəcək.