E.Okon yeni reqlamentdən razıdır

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, sürücü ilə bolidin çəkilərinin ayrılıqla hesablanması qaydasından razıdır.

F-1.az xatırladır ki, hazırda bolid və sürücü çəkisi birlikdə hesablanır. Bu halda balacaboy və yüngül sürücülər üstünlük qazandığı halda, hündür və ağırçəkili sürücülər üçün çətinlik yaranır. Amma gələn ildən etibarən sürücü ilə bolidin çəkiləri ayrılıqda hesablanacaq.

FİA gələn il üçün sürücü ağırlığını 80 kq olaraq təyin edib və yüngül sürücülərin bolidlərinə əlavə ballastlar qoymaq mümkün olacaq.

Esteban Okon: “Məncə, bu yaxşı haldır. Hazırda ən hündür sürücü mən olsam da, ən ağır deyiləm. Artıq rahatlıqla çəki ala bilərəm. Karyeram ərzində çox vaxt boyum mənə mane oldu. Uzun olsam da, ağırçəkili deyildim. Buna baxmayaraq, GP2 və Formula Renault-da boyum mənim üçün problem idi. DTM-ə buna görə getmədim. Çünki maşınlar balaca olduğu üçün mənə əlverişli deyildi. Mercedes-in simulyatorunda problem yaşadım. Hətta Mercedes-in bolidində lap çox problem yaşadım. Rahat deyildi. Axır ki, yaxşı üsul tapdılar. Simulyator məsələsini həll etsək də, bolidə girmək bəzən çətin olur. Uzun ayaqlarm var və əsas problem budur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*