E.Okon: “Yeni bolidlərlə ötmələr çətin olacaq”

Force İndia komandasının yeni sürücüsü Esteban Okon bildirib ki, gözəl görünən 2017-ci bolidləri ilə ötmə etmək şansları daha az olacaq.

F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və aerodinamik xüsusiyyətlər ön plana çıxacaq. Bəzi mütəxəssislər düşünürlər ki, yeni bolidlər sürətli döngələri tam sürətlə keçə bilərlər. Bu da ötmələri azalda bilər.

Esteban Okon: “Bolidlər gözəl görünür. 2014-cü ildə bolidlər eybəcərləşdikdən sonra idmana olan maraq azalmışdı. Görüntü fərq yaradır. Səslər yaxşı deyildi və 2017-ci ildə də yaxşı olmayacaq. Mən təbii havalandırmalı mühərriklərin olmasını istəyərəm. Yeni bolidlər döngələrdə effektiv olacaq. Amma yarışlar yenə də maraqlı olmayacaq. Fürsət az olduğu üçün ötmə etmək çətin olacaq. Çox iş var. Mövsümün ilk yarışına qədər demək olar ki, evə getməyəcəm. Günlər doğrudan da çox uzundur. Səhər 9-dan axşam 9-a qədər ikiqat işləyirəm. Çəkimi artırmağa və əzələ yığmağa çalışıram. Bolidi sürmək çox çətin olacağı üçün buna ehtiyacım var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*