F-1.az xatırladır ki, fransalı sürücü Suzukadakı sıralanma turunda mükəmməl dövrə vuraraq, 5-ci yeri tutub.
Esteban Okon: “Özümü yaxşı hiss edirəm. Beşliyə düşdüyüm üçün xoşbəxtəm. Sinqapurda yeniliklərin gücünü göstərə bilməmişdik. Ancaq Yaponiyada həftəsonu ərzində sürətli idik. Daha yaxşı zaman nəticəsi göstərə bilərdim, amma önümüzdəki Red Bull-a çatmaq mümkünsüz idi. Hələ görüləcək işlər var.
Yenə də uzun müddətədn sonra iki bolidlə onluğa düşmək gözəl oldu. Yeni altlığımız bizə kömək elədi. Cümə günündən yenilikləri anlamağa başladıq. Bunlar da bizi qabağa aparır.
Bu gün son cəhdimin ilk sektorunda üzüm gülürdü. Bolidin balansı son dəfə Ciddədə yaxşı idi, amma yeniliklərlə qabağa getmişik. Bu həftəsonu istənilən hava şəraitində güclü idik. İkinci sessiyada ikinci və dördüncü idik. Zirvəyə yaxın olmaq gözəldir. Sabah yağış yağsa da, rəqabətədavamlı olacağıq”.