F-1.az xatırladır ki, Pyer Qasli birinci sərbəst yürüşlərdə mexaniki problem yaşamışdı. Yəni ki, Azərbaycanın küçələri Alpine-ə düşməyib.
Okon isə sprintə 13-cü, əsas yarışa 12-ci başlayacaqdı. Yəni ki, son sessiyaya qala bilməyib. Buna görə də Alpine Okonun maşınını qapalı parkdan çıxarıb və buna görə də həm sprint, həm də əsas yarışa pit yolundan başlayacaq.
Belə görünür ki, yeni altlıq heç də yaxşı işləmir. Qasli əvvəlcə hidrovlik probleminə görə sərbəst yürüşləri yarıda saxlamış, sıralanma turunda bariyerlərə çırpılmışdı. Okon isə birinci sərbəst yürüşlərin yarısından sonra trasa çıxmayıb. Belə görünür ki, Alpine-nin vəziyyəti yaxşı deyil.