F-1.az xatırladır ki, fransalı sürücü startda 3-cü yerə qədər yüksəlsə də, sonda 6-cı yeri tutmuşdu…
Esteban Okon: “Yaxşı start aldım və yarışa bir müddət 3-cü yerdə davam etdim. Heyif ki, rəqiblərimizi arxamızda tuta bilmədik və geriyə düşdük. Bu gün yarış üçün tək pit-stoplu strategiya düşünmüşdük və təkərləri qorumalı idim. Yarışın ilk hissəsində arxamda Rikkardo və Bottas var idi və buna görə də işim asan olmadı. Bolid bu gün güclü idi. İki sürücü ilə də maksimum nəticə qazandıq və turnir cədvəlindəki 4-cü yerimizi möhkəmləndirdik. Növbəti yarışlardan da gözəl nəticələrlə ayrılmaq istəyirik”.