E.Okon: “Ümid edirəm ki, xal ala bilərik”

Əbu Dabidə Manor komandası ilə son yarışına çıxmağa hazırlaşan Okon yarışdan yaxşı nəticə qazanmaq istəyir...

F-1.az xatırladır ki, fransalı sürücü Manor komandası ilə ilk yarışına Belçikada çıxmışdı. 20 yaşlı sürücü gələn ildən etibarən Force İndia komandasının şərəfini qoruyacaq.

Esteban Okon: “Mənə şans verdiyi üçün Manor komandasına həmişə minnətdar olacam. Komandaya gələn gündən əsas məqsədim yaxşı performans göstərib, boksdakıların üzünü güldürməkdir.

Mühəndislər Kubokunda Sauber bizi qabaqlasa da, komanda bu il əla işlər görüb və yaxşı inkişaf edib. Ümid edirəm ki, Əbu Dabidə xal ala bilərik. Görək nə olur. Amma mən əlimdən gələni edəcəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*