Esteban Okon: “İnanıram ki, Mik Formula1-ə qayıdacaq. Bunun üçün çox çalışacaq. Mən də F1-i tərk etmişdim və iki illik iştirakdan sonra çempionatı tərk etməyin necə bir şey olduğunu bilirəm. Amma zəhmət, fədakarlıq və padokda varlıq – məni idmana qaytaran da elə bunlar oldu və əminəm ki, Mikin yenidən şansı olacaq”.
Xatırladaq ki, Esteban 2018-ci ilin sonunda F1-də əsas sürücü kimi çıxışına 1 illik fasilə vermiş, 2020-ci ildə Alpine ilə yenidən yarışlara qayıtmışdı.