F-1.az bildirir ki, Estebanın minnətdarlığının səbəbi Volffun ona inanması və gənc sürücülər proqramına cəlb etməsidir. Onun Formula1-də yarışmasında Mercedes-in danılmaz rolu var – Okon keçən mövsümün ortasında Manor-da Haryantonu əvəzləmiş, noyabr ayında isə bu mövsüm üçün Force İndia-ya keçidi təsdiqlənmişdi.
Esteban Okon: “Volff 2014-cü ilin sonunu və 2015-ci ilin əvvəlini əhatə edən dövrdə mənə çox kömək etdi. Əgər o, mənim idman karyerama kömək etməsəydi, hazırda McDonalds restoranlarında hamburger hazırlayırdım. Maliyyə dəstəyi olmasaydı, karyeramı davam etdirmək şansım yox idi”.
Qeyd edək ki, Esteban bu mövsüm stabil nəticələr əldə edir və 10 yarışdan sonra çempionatda 43 xalla 8-ci yerdədir.