F-1.az xatırladır ki, fransalı sürücü bu il Renault-da ilk mövsümünü keçirəcək.
Esteban Okon: “Fərqli komandalarda çoxlu təcrübə qazanmışam. Texniki cəhətdən çox güclüyəm. İnkişaf üçün komandanın nəyə ehtiyacı olduğunu görməlisiniz. Keçən il çox şey öyrəndim və komandaya çoxlu kömək etdim. Barselonadakı testləri səbirsizliklə gözləyirəm. Çox xoşbəxtəm. Hazırlaşmaq üçün çox vaxtımız oldu. Yeni vəzifəmə hazıram. Əbu Dabidəki testlərdə iştirak etmək mənə kömək etdi. Keçənilki Renault bolidini test etmək imkanım oldu.
Komandanın yarısınl tanıyıram. 2016-cı ildə buradan ayrıldıqdan sonra çox şey dəyişib. Formula1-də hər şey sürətlə dəyişir və Renault da böyük addım atıb. Bu mənə kömək edəcək. Görək necə olur.
Enstoundakı dəyişikliklər mənə təsir etdi. Keçən il bazaya girəndə yolu itirmişdim. Çoxlu yeni dəzgahlar var. Bunlar bizə yeni mövsümdə kömək edəcək”.