F-1.az xatırladır ki, fransalı sürücü Kanadadakı cümə sərbəst yürüşlərində 10-cu olub.
Esteban Okon: “Dörd ildən sonra Montreala qayıtmaq gözəldir. Cümə günü trasın xüsusiyyətini anlamağa çalışdıq və asfaltla ilişmə tutmağa fokuslandıq. Belə traslarda sazlanma tapmaq vacibdir və iki sessiyada əla işlədik. Birinci sərbəst yürüşlərdə bolidin əyləc kanalına plastik paket ilişdiyi üçün bəxtim gətirmədi. Buna görə də bir az vaxt itirdim.
İkinci sərbəst yürüşlərdən sonra yağış yağdı və altıncı gün də yağış gözlənilir. Bu da sıralanmaya təsir edə bilər. Bolidimiz güclüdür. Ümid edirəm ki, fürsətləri dəyərləndirərik”.