E.Okon: Təəccübləndirici idi

Alpine komandasının sürücüsü Esteban Okon pis performansa görə təəccüblənib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışda üç fərqli səhvə görə cəza alıb.

O yarışa 9-xu yerdən başlasa da, startdan sonra Niko Hülkenberq ona arxadan çırpılıb. Daha sonra isə düzülüşdə səhv dayandığı üçün 5 saniyə cərimələnib. Cəzasını çəkmək üçün pitə gələn Okonun maşınına müxaniklər müdaxilə ediblər. 26 yaşlı pilot ona görə həm cəzasını çəkə bilməyib, həm də cəzası 2 dəfə artaraq, 10 saniyə olub. Daha sonra isə pit-stopda sürət limitini aşdığı üçün 5 saniyə cəza alıb.

Esteban yarışın 43-cü dövrəsində boksa gələrək, mübarizəni vaxtından əvvəl dayandırıb.

Esteban Okon: “Yarışın pis getməsinə çox təəccübləndim. Belə şeylərdə yaxşıyıq. Pitlərdə və düzülüşdə səhvə yol verməmək üçün məşqlər edirik. Yarışda hər şey tərsinə getdi.

Xallar qazanmaq üçün əlimizdən gələni etdik. Fürsəti əldən versək də, vəziyyət belədir. Keşmişdə belə olmamışdı. Vəziyyəti təhlil edib, növbəti geri dönəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*