E.Okon startda 3 yer itirəcək

Force İndia komandasının sürücüsü Esteban Okon üçüncü sərbəst yürüşlərdə qırmızı bayraqlar altında sürətini azaltmadığı üçün Yaponiya yarışının startında 3 yer itirməklə cəzalanıb və lisensiyasına 2 cəza balı yazılıb.

F-1.az xatırladır ki, fransalı sürücü üçüncü sərbəst yürüşlərdə Hülkenberqin qəzası zamanı çıxan qırmızı bayraqlarda sürətini azaltmayıb. Okon sessiya bitdikdən sonra stüardların otağına çağırılıb. Stüardlar açıqlamalarında bildiriblər ki, fransalı sürücü komandanın qırmızı bayraq sürət sisteminə görə problem yaşayıb və sürət həddini aşıb. Beləliklə, 21 yaşlı sürücü sıralanma turunda 8-ci olduğu halda sabahkı yarışa 11-ci yerdən başlayacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*