F-1.az xatırladır ki, Alpine komandası dördüncü yer uğrunda McLaren ilə mübarizə aparır.
Esteban Okon: “Braziliyanı sevirəm. Əfsanəvi İnterlaqosda yaddaqalan yarışlar olub. Bura əksər sürücülr üçün xüsusidir. Buradakı azarkeşlər karnaval ab-havası yaradırlar. İnterlaqos çətin döngələrdən ibarət olan qısa trasdır. Bəzi texniki hissələr üçün bolidin balansı çox vacibdir. Sürücülərin də üzərinə böyük iş düşür. Oraya qayıtmaq üçün səbirsizlənirəm.
Bu həftəsonu sprint yarışı da olacaq və komanda ilk gündən hazırlaşmağa başlayacaq. Bunu sevirəm. Belə həftəsonlarında daha çox xal qazanırsınız və azarkeşlər üçün də maraqlı olur.
Artıq iki yarışımız qalıb və komanda olaraq əlimizdən gələnin ən yaxşısını edəcəyik”.