F-1.az xatırladır ki, bu mövsün Formula1 təqvimində 23 yarış olacaq və bu, bütün dövrlərin ən uzun təqvimidir.
Esteban Okon: “Bu mövsün 23 yarış var və buna görə də enerjimizə qənaət etməliyik. Bu hal təkcə sürücülər üçün yox, bütün komanda işçiləri üçün keçərlidir. Xüsusən də son 5 yarış çətin olacaq, çünki ona qədər çox güc sərf edəcəyik.
Mövsümə yaxşı başlamaq istəyirəm. Keçən ilin sonunda yaxşı performans göstərmişdim”.