E.Okon sevincindən yerə-göyə sığmır

Force İndia komandasının sürücüsü Esteban Okon Meksikada sıralanma turundan sonra xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 6-cı olub.

Esteban Okon: “İnanılmaz sessiya idi. Çox xoşbəxtəm. Cümə günü bolidi sürmək olmurdu. Amma komanda çox işlədi və inkişaf etdik. Bolid güclüdür və yaxşı davranır. Komanda Selişin qəzasından sonra çox işlədi və yatmadılar. Olanlardan sonra bu nəticə mükəmməldir. Son cəhdimdə səhv etdim. Belə olmasa, Rəykköneni də keçə bilərdim. Bu nəticədən çox razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*