F-1.az xatırladır ki, fransalı sürücü yarışa 18-ci yerdən başlasa da, doğru strategiya və qüsursuz performansla finişə 10-cu yerdə çatıb.
Okon qeyd edib ki, ikinci dövrədə pitə girməklə daha yaxşı nəticədən olub: “Yarışa gerilərdən başlayıb 10-cu yeri tutmaq gözəl hissdir. Yarışda sürətim yaxşı idi və gözəl strategiya seçərək zərəri minimuma endirə bildik. İkinci dövrədə hamı pitə girərkən komanda ilə aramızda anlaşılmazlıq yarandı və boş yerə pitə girməli oldum. O olmasaydı, yarışı 1-2 pillə yuxarıda bitirə bilərdim. Gələn həftə Bəhreynə gedirik. Mövsümün ilk iki yarışından fərqli olaraq o trası daha yaxşı tanıyıram və uğurlu nəticə alacağıma inanıram. Aşağı seriyalarda Bəhreyndə yaxşı xatirələrim var. Ümid edirəm ki, bu gözəl xatirələrə birini də əlavə edərik”.