F-1.az xəbər verir ki, təqdimatda komandanın fransız yeni sürücüsü də öz fikirlərini bildirib.
Pyer Qasli: “Alpine komandasının rəsmi sürücüsü kimi təqdim edilməyim fantastikdir. İndi karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm. Qış sınaqlarında A523-ün potensialını və imkanlarını qiymətləndirmək, həmçinin komanda ilə tanış olmağa davam etmək üçün səbirsizlənirəm.
Keçən ilin sonunda A522-nin gücünü yüksək qiymətləndirdim və komandanın builki maşının inkişafı üzərində işini izlədim – bütün bunlar məni Alpine-da nələrin gözlədiyi barədə həvəsləndirdi. Hər iki bazada hər kəsin gündəlik işində fədakarlığını görmək çox xoşdur – əməkdaşlarımız komandanı ardıcıl olaraq irəli aparır. Komandaya bu ilki məqsədlərinə çatmaqda kömək etməyə başlamaq üçün səbirsizlənirəm”.